Dr. Aygün Mustafayeva
Estetik dermatoloq, dermatoveneroloq və trixoloq


Dərinizdə yaranan hər yeni dəyişiklik diqqətə layiqdir
Mən Aygün Mustafayeva, estetik dermatoloq, dermatoveneroloq və trixoloqam. Estetikada təbii görünüşü qoruyan, düzgün planlaşdırılmış prosedurlara üstünlük verirəm. Xalları dermatoskopla yoxlayır, ziyil və dəri törəmələrini götürür, kəmərləyici dəmrov, göbələk və ekzemanı müalicə edir, saç tökülməsinin səbəbini trixoskopiya ilə araşdırıram.
- İş stajı
- 21 il
- İxtisas
- Dermatoloq
- Əsas üsullar
- Lazer, dermatoskopiya, kriodestruksiya, trixoskopiya
- Qəbul formatı
- WhatsApp ilə yazılış
- Qəbul ünvanları
- Olimp Hospital, Çöhrə Estetik
Dəri sağlamlığından estetikaya
Estetikada botulinoterapiya, filler, pilinq, mezoterapiya, lazer və PRP. Xallar və törəmələr, virus, göbələk və irinli infeksiyalar, ekzema, ürtiker, akne, rozasea, ləkələr, tərləmə və zöhrəvi xəstəliklər. Saç tökülməsi və trixologiya.
Bütün xidmətlər- Botulinoterapiya və fillerMimik qırışların yumşaldılması və dodaqlara təbii həcm, ölçülü yanaşma ilə.
- Kimyəvi pilinq, mezoterapiya və lazerLəkələr, məsamələr, qırışlar və solğun dəri üçün kurs prosedurları.
- PRP və dermapenDərinin və saçın öz bərpa imkanlarını stimullaşdıran kurs prosedurları.
- Keloid və çapıqlarKeloid və hipertrofik çapıqlara inyeksiya, akne sonrası çapıqların korreksiyası.
- Xal yoxlanışı və dermatoskopiyaDəyişən və narahat edən xalların xüsusi böyüdücü cihazla ağrısız müayinəsi.
Erkən müraciət müalicəni asanlaşdırır
Kəmərləyici dəmrovda ilk 72 saat, xalda isə ilk dəyişiklik vacibdir. Ona görə də pasiyentlərimə həmişə eyni şeyi deyirəm: dəridə nəsə dəyişibsə, gözləməyin, evdə özünüz müalicə etməyin. Müayinə edək, səbəbi tapaq, sakit və mərhələli plan quraq.

Necə işləyirəm
- Əvvəlcə müayinə və dermatoskopiya, sonra qərar
- Sıxmaq, kəsmək və evdə yandırmaq əvəzinə həkim proseduru
- Fərdi qiymətləndirmə və mərhələli müalicə
- Estetikada təbii görünüş və ölçülü yanaşma
İxtisas və təhsil
Estetik dermatoloq kimi dərinin görünüşünü yaxşılaşdıran tibbi prosedurlarla, dermatoveneroloq kimi dəri, dırnaq xəstəlikləri və infeksiyalarla, trixoloq kimi isə saç tökülməsi və baş dərisinin problemləri ilə məşğulam.
İxtisas
Estetik dermatoloq, dermatoveneroloq, trixoloq
Dəri, saç, dırnaq və selikli qişa xəstəlikləri, saç tökülməsinin trixoskopiya ilə müayinəsi, infeksiyalar, allergik səpgilər, zöhrəvi xəstəliklər, xalların dermatoskopiyası və biopsiyası, botulinoterapiya, filler, pilinq və lazer prosedurları.
İxtisasartırma
Trixologiya və dermatokosmetologiya
Sankt-Peterburqda "Nautilus" trixologiya məktəbi və Türkiyədə dermatokosmetologiya üzrə əlavə hazırlıq. ADVA 2026, KDAD 2023 (Antalya) və Baku Derma konfransları.
Beynəlxalq təcrübə
Şenzen Universiteti, Çin
Çin Xalq Respublikasında Şenzen Universitetində əlavə təhsil və estetik dermatoloq kimi iş təcrübəsi.
Qəbul ünvanları
Olimp Hospital və Çöhrə Estetik
Qəbul əvvəlcədən WhatsApp-da razılaşdırılmış vaxtda aparılır.
Xalınızı 7 sualla yoxlayın
Bu yoxlama həkimlərin şübhəli xalı ayırd etmək üçün istifadə etdiyi çəkili 7 bəndlik siyahıya əsaslanır. Sizi narahat edən bir xalı düşünün və hər suala o xala baxaraq cavab verin.
Cavablar yalnız brauzerinizdə hesablanır. Heç bir məlumat göndərilmir və yadda saxlanmır.
Sual 1 / 7
Xəbərdarlıq əlaməti seçmədiniz
Cavablarınıza görə bu xalda 7 bəndlik siyahının əlamətləri yoxdur. Ayda bir dəfə dərinizi güzgü qarşısında yoxlamağa davam edin. Xal dəyişərsə və ya yeni xal yaranarsa, müayinəyə gəlin.
Xalı dermatoskopla yoxlatdırın
Bir əsas və ya bir-iki əlavə əlamət seçdiniz. Bu, xərçəng demək deyil, amma xala dermatoskopla baxmaq və dəyişikliyini izləmək məsləhətdir. Planlı qəbula yazılın və xalın şəklini indidən çəkin ki, sonra müqayisə edək.
Gecikdirmədən dermatoloqa müraciət edin
Balınız 3 və ya daha çoxdur. Britaniyanın klinik tövsiyələrində (NICE) bu hədd xalın tez bir zamanda dermatoloq tərəfindən yoxlanması üçün göstərişdir. Bu, diaqnoz deyil: belə xalların çoxu müayinədən sonra xoşxassəli çıxır, amma vaxt itirməmək vacibdir.
7 bəndlik siyahının şkalası
- 0 bal
- 1-2 bal
- 3 bal və daha çox
Bu yoxlama bir xal üçündür. Bədəninizdəki digər xallara bənzəməyən, "seçilən" xal da diqqət tələb edir. "Əmin deyiləm" cavabı ehtiyat üçün "bəli" kimi hesablanır.
Mənbə: Walter, F. M., Prevost, A. T., Vasconcelos, J., et al. (2013). Using the 7-point checklist as a diagnostic aid for pigmented skin lesions in general practice: a diagnostic validation study. British Journal of General Practice, 63(610), e345-e353. [PMID: 23643233] | [DOI: 10.3399/bjgp13X667213]
Test diaqnoz qoymur və həkim müayinəsini əvəz etmir. Xal sürətlə dəyişirsə, qanayırsa və ya yara əmələ gətirirsə, testin nəticəsindən asılı olmayaraq müayinəyə gəlin.
Əvvəl və sonra
Pasiyentlərin yazılı razılığı ilə paylaşılan görüntülər. Nəticə hər insanda fərdidir və zəmanət sayılmır.






Video müsahibələr
Klinikaların və televiziyanın çəkdiyi videolar: saç tökülməsinin səbəbləri, gənclik sızanaqları, mezoterapiya və Xəzər TV-dəki çıxış.
YouTube-da qısa izahlar
Podkastdan qısa hissələr: uşaqlara özbaşına krem sürtmək, sosial mediadakı məsləhətlər və yayda prosedurlar haqqında.
Instagram-dan videolar
Instagram-dakı maarif videolarımdan seçmələr: xəstəliyin nə olduğu, necə tanınması və nə vaxt müraciət etməli olduğunuz.
Müraciətdən sağalmağa dörd addım
Hər addımı sizinlə birlikdə atıram: tələsmədən, qorxutmadan və aydın izahla.
WhatsApp-a yazırsınız
Görüş növünü seçir, hazır mesajı göndərirsiniz. Klinikanı və vaxtı birlikdə razılaşdırırıq.
Müayinə
Şikayətinizi dinləyir, dərini gözlə və dermatoskopla müayinə edirəm. Lazım olsa, analiz təyin edirəm.
Mərhələli plan
Diaqnozu sadə dillə izah edir, müalicəni və ya proseduru sizin vəziyyətinizə uyğun qururam.
Nəzarət
Nəticəni təkrar qəbulda qiymətləndirir, lazım olsa, planı dəyişirik. Suallarınızı WhatsApp-da da verə bilərsiniz.
Dermatoloqdan yazılar

Dəriyə baxmağı öyrənin: özünümüayinə bələdçisi
Xalları evdə necə yoxlamaq, günəşdən necə qorunmaq və dəri baryerini necə saxlamaq: beş vərdiş, ABCDE qaydası və 7 suallıq xal testi.


Kəmərləyici dəmrov: niyə ilk 72 saat həlledicidir
Herpes zoster haradan gəlir, necə başlayır, nə vaxt təcili müraciət lazımdır, səpgidən sonra ağrı və peyvənd haqqında.


Ayaqaltı ziyil niyə içəri böyüyür və necə müalicə olunur
Ziyili döyənəkdən necə ayırmaq, necə yoluxur, kriodestruksiya və salisil turşusu haqqında dürüst rəqəmlər.
Aktual
Payız və qış: xallarınızı yoxlatdırmaq üçün yaxşı vaxt
Yayda günəşdən sonra xallarda baş verən dəyişiklikləri payızda qiymətləndirmək rahatdır: dəri sakitləşib, qaralma azalıb. Qəbulda xallarınızı dermatoskopla müayinə edir, dəyişən və ya digərlərinə bənzəməyən xalları ayırır, lazım olsa, izləmə planını birlikdə qururuq.
- Müddət
- BaşlanğıcSon
- Qeyd
- Qəbula gəlməzdən əvvəl narahat edən xalların telefonla şəklini çəkin, köhnə şəkilləri də varsa, gətirin: müqayisə dəyişikliyi görməyə kömək edir. Bu elan endirim deyil, xatırlatmadır.
Gözləməyin, vaxtında müraciət edin
Görüş növünü seçin və hazır mesajla WhatsApp-a yazın. Olimp Hospital və ya Çöhrə Estetikdə sizə uyğun vaxtı birlikdə təyin edirik. Qəbulda dərinizi müayinə edir, səbəbi sadə dillə izah edir və mərhələli plan qururam.
Ən çox verilən suallar
Instagram şərhlərində və qəbulda ən çox soruşulan suallar. Dərinizə aid dəqiq cavabı isə müayinədən sonra verə bilərəm.
Hansı ixtisas üzrə qəbul edirsiniz?
Estetik dermatoloq, dermatoveneroloq və trixoloqam, 2005-ci ildən həkim kimi çalışıram. Dəri, saç, dırnaq və selikli qişa xəstəliklərini, dəri infeksiyalarını və zöhrəvi xəstəlikləri müayinə və müalicə edirəm. Xalların dermatoskopiyası, törəmələrin götürülməsi, trixologiya, botoks, filler, pilinq və mezoterapiya da işimin bir hissəsidir.
Hansı klinikalarda qəbul edirsiniz?
Bakıda iki klinikada: Olimp Hospital (Yasamal rayonu, İnşaatçılar prospekti 8-10) və Çöhrə Estetik (Xətai rayonu, Xocalı prospekti 84a). Hansı gün harada olduğumu WhatsApp-a yazanda dəqiqləşdiririk, ona görə gəlməzdən əvvəl vaxtı mütləq razılaşdırın.
Qəbula necə yazıla bilərəm?
Saytda görüş növünü seçin: hazır mesajla WhatsApp açılır. Mesajda klinikanı (Olimp Hospital və ya Çöhrə Estetik) və sizə rahat olan günü yazın, vaxtı birlikdə təyin edirik. Qəbul yalnız əvvəlcədən razılaşdırılmış vaxtda aparılır.
Sizinlə necə əlaqə saxlaya bilərəm?
Ən rahat yol WhatsApp-dır: saytdakı WhatsApp düymələri yazışmanı birbaşa açır. Sualınızı yazın, imkan olan kimi cavab verirəm. Dəqiq diaqnoz isə yalnız müayinədən sonra qoyulur.
Müayinə və prosedurların qiyməti nə qədərdir?
Qiymət müayinədən, törəmənin sayından və ölçüsündən, seçilən üsuldan asılıdır. Məsələn, bir ziyil ilə onlarla ziyilin müalicəsi eyni olmur. Aktual qiyməti WhatsApp-a yazaraq öyrənə bilərsiniz, dəqiq plan isə müayinədən sonra bəlli olur.
İlk qəbul necə keçir?
Şikayətinizi, nə vaxt başladığını və hansı vasitələrdən istifadə etdiyinizi soruşuram. Dərini gözlə və lazım olsa, dermatoskopla müayinə edirəm. Görüşün sonunda diaqnozu, müalicəni və evdə nəyi etməli, nəyi etməməli olduğunuzu izah edirəm.
Xallarımı nə vaxt yoxlatdırmalıyam?
Böyüyən, forması və ya rəngi dəyişən, qanayan, qaşınan və ya digər xallarınıza bənzəməyən xal varsa, gecikdirmədən. Xalınız çoxdursa, ailənizdə melanoma olubsa və ya dəriniz günəşdə tez yanırsa, müntəzəm yoxlama tezliyini birlikdə təyin edirik. Evdə isə ayda bir dəfə güzgü qarşısında özünüz baxın.
Kriodestruksiya ağrılıdırmı?
Maye azot tətbiq olunanda qısa müddət soyuq yanma hissi olur, çox vaxt keyləşdirmə tələb olunmur və kəsik edilmir. Sonra həmin yerdə qızartı və qabarcıq yarana bilər, bu normaldır və adətən bir-iki həftəyə sağalır. Ayaqaltı ziyillər kimi bəzi hallarda bir neçə seans lazım olur.
Kəmərləyici dəmrov keçib, amma ağrı qalıb. Bu normaldırmı?
Səpgi sağaldıqdan sonra ağrının üç aydan çox qalması postherpetik nevralgiya adlanır və yaşla daha çox rast gəlinir. Bu ağrıya dözmək lazım deyil: onu azaldan xüsusi müalicə üsulları var. Müraciət edin, vəziyyəti qiymətləndirib müalicəni birlikdə seçək.
Yeniyetmə qızımın üzündə çoxlu sızanaq var. Nə vaxt həkimə getməli?
Sızanaqlar çoxdursa, ağrılıdırsa, iz qoyursa və ya uşağın əhvalına təsir edirsə, gözləməyin. Yeniyetmə aknesi müalicə olunan xəstəlikdir və erkən başlanan müalicə çapıqların qarşısını almağa kömək edir. Evdə sıxmaq, diş pastası və spirt sürtmək isə vəziyyəti ağırlaşdırır.
Botoksun təsiri nə qədər davam edir?
Mimik qırışlarda təsir adətən bir neçə gün ərzində başlayır və orta hesabla 3-4 ay davam edir. Müddət dozadan, əzələnin gücündən və insanın özündən asılıdır. Məqsədim üzün təbii mimikasını saxlayaraq qırışları yumşaltmaqdır.
Fotolarım və məlumatlarım necə qorunur?
Saytda heç bir forma yoxdur, yazılış WhatsApp-da aparılır. Dərinizin fotolarını və tibbi məlumatlarınızı yalnız müalicə üçün istifadə edirəm, yazılı razılığınız olmadan heç yerdə paylaşmıram.
Klinikalar və əlaqə
- Telefon
- +994 55 352 62 58
- WhatsApp ilə əlaqə
Qəbul vaxtı
Qəbul əvvəlcədən razılaşdırılmış vaxtda aparılır. Gün və saatı WhatsApp-da təyin edirik.






