Əsas məzmuna keç
Dr. Aygün Mustafayeva

Görüş növünü seçin

Hər kartda hazır mesaj var: düyməni basın, WhatsApp açılacaq. Mesajı göndərin, şikayətinizi qısaca yazın, uyğun gün və klinikanı birlikdə seçək.

Dermatoloji müayinə

İlk dəfə müraciət edirsinizsə

Səpgi, qaşınma, ləkə, saç və ya dırnaq problemi ilə bağlı müayinə. Diaqnozu və müalicə planını görüşdə izah edirəm.

Xal yoxlanışı

Dermatoskopiya

Dəyişən, böyüyən və ya sizi narahat edən xalların dermatoskopla müayinəsi. Lazım olsa, sonrakı addımları birlikdə planlayırıq.

Ziyil və döyənək

Ziyil, ayaqaltı ziyil və döyənəyin müayinəsi və maye azotla kriodestruksiya. Seans sayı törəmənin ölçüsündən və yerindən asılıdır.

Dəri törəməsinin götürülməsi

Papilloma, akroxordon, milium və digər xoşxassəli törəmələr. Əvvəlcə müayinə edir, sonra lazer, koaqulyasiya və ya kriodestruksiyadan uyğun olanı seçirik.

Estetik konsultasiya

Botulinoterapiya, filler, PRP və dermapen haqqında görüş. Təbii görünən nəticə üçün nəyin lazım olduğunu və nəyin olmadığını açıq deyirəm.

Təkrar qəbul

Müalicəyə artıq başlamış pasiyentlər üçün nəzarət görüşü: nəticəyə baxırıq, lazım olsa, planı yeniləyirik.

Yazılış necə olur

  1. Görüş növünü seçib "WhatsApp-da yaz" düyməsini basın
  2. Hazır mesajı göndərin, şikayətinizi bir-iki cümlə ilə əlavə edin
  3. Sizə rahat olan klinikanı qeyd edin: Olimp Hospital və ya Çöhrə Estetik
  4. Gün və saatı razılaşdırırıq, qəbula vaxtında gəlirsiniz

Hansı görüşü seçəcəyinizi bilmirsiniz?

Sadəcə WhatsApp-a yazın və nəyin narahat etdiyini qeyd edin. Sizə uyğun görüş növünü birlikdə müəyyən edərik.

Görüş növünü seçin və ya birbaşa WhatsApp-a yazın

Digər bölmələr

Randevu
Haqqımda
Aparatlar
Əvvəl və sonra