Əsas məzmuna keç
Dr. Aygün Mustafayeva
Bütün xidmətlər

Rozasea və perioral dermatit

Üzdə davamlı qızartı, damar şəbəkəsi və ağız ətrafında səpgilərin nəzarəti.

Rozasea üzün mərkəzində davamlı qızartı, görünən xırda damarlar və bəzən sızanağa bənzəyən səpgilərlə özünü göstərən xroniki xəstəlikdir. Çox vaxt sadəcə "həssas dəri" sanılır. Perioral dermatit isə ağız, bəzən burun və göz ətrafında xırda qırmızı səpgilərdir və tez-tez hormonlu kremlərdən, ağır kosmetikadan sonra yaranır.

Rozaseanı nə gücləndirir

  • Günəş və isti
  • İsti içkilər, ədviyyatlı yemək və spirtli içkilər
  • Stress və fiziki gərginlik
  • Qıcıqlandırıcı kosmetika və skrablar

Müalicə

  • Yerli və lazım olduqda daxilə qəbul olunan müalicə
  • Görünən damarlar və davamlı qızartı üçün damar lazeri
  • Perioral dermatitdə qulluğun sadələşdirilməsi və hormonlu kremin həkim nəzarəti ilə dayandırılması
  • Gündəlik günəşdən qoruyucu və yumşaq, ətirsiz qulluq

Görüş növünü seçin və ya birbaşa WhatsApp-a yazın

Digər bölmələr

Randevu
Haqqımda
Aparatlar
Əvvəl və sonra