Əsas məzmuna keç
Dr. Aygün Mustafayeva
Bütün xidmətlər

Akne və sızanaqlar

Yeniyetmə və yetkin yaş aknesi, sinə və kürəkdə səpgilər, izlərin qarşısının alınması.

Akne piy vəzilərinin və tük follikullarının iltihabıdır. Yeniyetmələrdə çox yayılıb, amma yetkin yaşda da başlaya bilər. Erkən müalicə təkcə səpgini deyil, sonradan qala biləcək çapıqları da azaldır. Sinə və kürəkdə akne izləri üzdəkilərdən daha qalın və dərin ola bilər.

Müalicədə nələr var

  • Dərinizə uyğun təmizləyici, nəmləndirici və günəşdən qoruyucu
  • Retinoidlər və iltihabı azaldan yerli preparatlar
  • Orta və ağır hallarda daxilə qəbul olunan müalicə, həkim nəzarəti ilə
  • Aktiv səpgi sakitləşəndən sonra izlər və çapıqlar üçün prosedurlar

Evdə etməməli olduqlarınız

  • Sıxmaq və deşmək: iltihab dərinə keçir, ləkə və çapıq qalır
  • Diş pastası, spirt, soda, limon, sarımsaq kimi "xalq üsulları"
  • Aqressiv skrablarla gündə bir neçə dəfə ovmaq
  • Müalicəni nəticə görünən kimi özbaşına dayandırmaq

Görüş növünü seçin və ya birbaşa WhatsApp-a yazın

Digər bölmələr

Randevu
Haqqımda
Aparatlar
Əvvəl və sonra