Əsas məzmuna keç
Dr. Aygün Mustafayeva
Bütün xidmətlər

İrinli dəri infeksiyaları və parazitlər

Follikulit, furunkul, karbunkul, hidradenit, abses, qoturluq və bitlilik.

Dəridə qızarmış, ağrılı, irinli düyünlər əksər hallarda bakterial infeksiyadır: tük follikulunun iltihabı (follikulit), daha dərin və ağrılı çiban (furunkul), bir neçə çibanın birləşməsi (karbunkul) və ya qoltuqaltı və qasıqda təkrarlanan düyünlər (hidradenit). Qoturluq və bitlilik isə parazitlərin törətdiyi, qaşıntı ilə gedən xəstəliklərdir.

Hansı halları müalicə edirəm

  • Follikulit və stafilokokk piodermiyaları
  • Furunkul, karbunkul və dəri absesi
  • Hidradenit: qoltuqaltı və qasıqda təkrarlanan ağrılı düyünlər
  • Aktinomikoz kimi nadir infeksiyalar, lazım olduqda digər mütəxəssislərlə birlikdə
  • Qoturluq və bitlilik

Nəyi etməməli

  • Çibanı sıxmaq: infeksiya dərinə və ətrafa yayılır, xüsusən üzdə təhlükəlidir
  • Özbaşına antibiotik qəbul etmək
  • Qoturluqda yalnız özünüzü müalicə etmək: yaxın təmasda olan ailə üzvləri də eyni vaxtda müalicə olunmalıdır
  • Yataq dəstini, dəsmalları və paltarı yumadan müalicəni bitmiş saymaq

Hərarət, sürətlə böyüyən qızartı, üzdə və ya burun ətrafında çiban varsa, şəkərli diabetiniz varsa, gecikmədən müraciət edin.

Görüş növünü seçin və ya birbaşa WhatsApp-a yazın

Digər bölmələr

Randevu
Haqqımda
Aparatlar
Əvvəl və sonra