Əsas məzmuna keç
Dr. Aygün Mustafayeva
Bütün xidmətlər

Kəmərləyici dəmrov

Herpes zosterin erkən müalicəsi, ağırlaşmalar və səpgidən sonra qalan ağrı.

Kəmərləyici dəmrov (herpes zoster) uşaqlıqda su çiçəyi keçirmiş insanlarda sinir düyünlərində "yatan" virusun illər sonra oyanmasıdır. Bədənin bir tərəfində, zolaq boyunca əvvəlcə ağrı, yanma və ya göynəmə, sonra qırmızı fonda su ilə dolu qabarcıqlar yaranır.

Niyə ilk 72 saat vacibdir

Antiviral müalicə səpgi başlayandan sonrakı ilk 72 saat ərzində başlananda ən yaxşı təsir edir: səpginin sağalmasını sürətləndirir və ağrını azaldır. Ona görə də bədənin bir tərəfində ağrılı qabarcıqlar görsəniz, gözləməyin.

Təcili müraciət lazım olan hallar

  • Səpgi üzdə, xüsusən göz ətrafında və ya burun ucundadır
  • Səpgi bədənin bir neçə nahiyəsinə yayılıb
  • İmmuniteti zəif olan insanlar, hamilələr və yaşlılar
  • Güclü ağrı, yüksək hərarət və ya ümumi halsızlıq

Sağaldıqdan sonra

Bəzi pasiyentlərdə, xüsusən yaşlılarda, ağrı səpgidən sonra da aylarla qalır: buna postherpetik nevralgiya deyilir. Bu ağrının da müalicəsi var. 50 yaşdan yuxarı insanlar üçün kəmərləyici dəmrovun qarşısını alan peyvənd mövcuddur, onu həkiminizlə müzakirə edin.

Görüş növünü seçin və ya birbaşa WhatsApp-a yazın

Digər bölmələr

Randevu
Haqqımda
Aparatlar
Əvvəl və sonra