Əsas məzmuna keç
Dr. Aygün Mustafayeva
Bütün xidmətlər

Dəri törəmələrinin götürülməsi

Papilloma, akroxordon, milium və digər xoşxassəli törəmələr: lazer və koaqulyasiya.

Boyunda və qoltuqaltında asılı "ət parçaları" (akroxordon və papillomalar), göz ətrafında xırda ağ kistacıqlar (milium), bəzi xoşxassəli ləkə və düyünlər ən çox estetik narahatlıq yaradan törəmələrdir. Onları götürməzdən əvvəl hər birinin nə olduğunu dəqiq bilmək lazımdır.

Hansı üsullardan istifadə edirəm

  • Lazer: dəqiq və ətraf toxumaya az təsir edən üsul
  • Koaqulyasiya: törəmənin yüksək temperaturla götürülməsi
  • Kriodestruksiya: maye azotla dondurma, kəsik tələb etmir
  • Cərrahi kəsib götürmə: şübhəli və ya histoloji müayinə tələb edən hallarda, cərrahla birlikdə

Şübhəli törəmədən biopsiya götürülərək histoloji müayinəyə göndərilir. Aktinik keratoz kimi günəşlə bağlı xərçəngönü dəyişikliklər də erkən müalicə olunur.

Niyə evdə götürmək olmaz

Sapla bağlamaq, kəsmək və ya "yandırıcı" mazlar qanaxmaya, infeksiyaya və çapığa səbəb ola bilər. Ən vacibi isə xərçəngin ilkin formasını adi papillomadan evdə ayırmaq mümkün deyil. Ona görə də hər törəməyə əvvəlcə dermatoskopla baxıram.

Prosedurdan sonra

  • Yerində bir neçə gün qızartı və ya nazik qaysaq qala bilər, onu qoparmayın
  • Sağalana qədər həmin sahəni günəşdən qoruyun
  • Qulluq qaydalarını prosedurdan sonra yazılı şəkildə verirəm

Görüş növünü seçin və ya birbaşa WhatsApp-a yazın

Digər bölmələr

Randevu
Haqqımda
Aparatlar
Əvvəl və sonra